Roman Qriqorçuk: "Komandam yaxşı oynadı"

01.05.2016 | 2662 dəfə oxunub

"Qəbələ" Azərbaycan Premyer Liqasının 32-ci turunda dogma meydanda “Neftçi”ylə 2:2 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk matç barədə belə danışıb:

"Komandam yaxşı oynadı. Çatışmayan bir şey var idi ki, o da vəziyyətlərdən istəfadə edə bilməməyimiz. Şanslardan istifadə etsəydik, 3-4, hətta 5 qol vura bilərdik.

Bir neçə gün sonrakı yarımfinal oyunu üçün oyunçuları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Hər bir futbolçu fərqindədi ki, bu oyunu udsa, finalda oynayacaq və titul qazanmaq şansı var. Onlar gələcəkdə danışacaqlar ki, biz ölkə kubokunu qazanmışıq.

Mən adətən hakimlər haqqında danışan adam deyiləm. Keçən dəfə səbrim tamam tükənmişdi deyə, o sözləri işlətdim. Bu gün də sözümün arxasındayam. İradım isə sadəcə o oyundakı penaltiylə bağlı deyildi. Mövsüm ərzində hakimlər bir neçə dəfə bizə mane olmuşdular, bütün bunlar yığılmışdı və mən o cür reaksiya vermişdim. Yoxsa mən nə Hakimlər Komitəsinin sədri, nə də analitik deyiləm ki, hər oyundan sonra hakimlərin işini dəyərləndirim. Mən baş məşqçiyəm, öz komandama cavabdehəm. Ona görə də hakimin bu gün təyin etdiyi penalti haqqında nəsə deyə bilməyəcəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail