Mourinyonun evinə oğru girib

18.07.2016 | 2159 dəfə oxunub

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo evinə oğru girib. Stadium.Az xəbər verir ki, oğrunu ilk görən evin qulluqçusu olub. 

Qadın aşağı mərtəbdə əşyaları yerbəyer edərkən evdə naməlum şəxs görüb və qışqırıb. "Ey, sən burada nə edirsən?". Bu zaman oğru qaçmağa çalışsa da, səsə mühafizəçilər gəlib və onu tutublar. Səs-küyə həmin vaxt Avropa çempionatında Portuqaliyanın oyununa baxan ev sahibi də gəlib. 

Bu vaxt evin yaxınlığından keçən bir nəfər hadisəni lentə alıb və bildirib ki, Mourinyo çox məyus görünüb. Xarici KİV-lərin məlumatına görə, məşqçinin evinin qiyməti 30 milyon dollar dəyərindədir.

Joze Mourinyo 2004-cü ildə “Çelsi”nin baş məşqçisi olub. O, 2007-də “İnter Milan” klubuna keçib. 2010-cu ildə isə “Real Madrid” klubuna transfer olunub. “Çelsi”nin sahibi Roman Abramoviç Mourinyonu 2013-cü ildə Çelsiyə yenidən dəvət edib.

Lakin, portuqaliyalı mütəxəssisin London klubundakı işi uğursuz alınıb. O, iki mövsümdən sonra komandadan qovulub. Mourinyo bu yay “Qırmızı şeytanlar”ın yeni baş məşqçisi təyin olunub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail