Roman Qriqorçukdan qələbə şərhi: "Bu gecə yatdı yoxdu"

04.08.2016 | 3851 dəfə oxunub

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Fransanın adlı sanlı “Lill” klubuna 1:0 hesabıyla qalib gələrək “play off”a vəsiqə qazandı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Siz oyun bitəndən sonra hədsiz dərəcədə sevinirdiz. Bunun xüsusi bir səbəbi vardı?

- Bu oyun bizim üçün xüsusi önəm daşıyırdı. Bu oyunu Cavid Hüseynova həsr etmişdik və belə oyunda qələbə qazandığımız üçün çox sevinirdim. Azarkeşlər stadiona gələrək bizə tam dəstək oldular, onlara görə də qələbə qazanmaq vacib idi. Bu oyun elə bir oyun idi ki, 20 ildən sonra bir yerdə otursaq, danışa biləcəyimiz qarşılaşmaydı.

- Azərbaycan millisi tarixində ən böyük hesablı məğlubiyyətin Fransadan almışdı 10:0. Bundan xəbəriniz vardı?

- Xeyir, bilmirdim. Amma yaxşı oldu ki, biz qalib gəldik. Mən ümumiyyətlə, statistika ilə maraqlanmıram.

- Limitin olması çempionatda sizə problem yaradacaq?

- Mən düşünmürəm ki, limitin olması milliyə xeyir verəcək. Limitin olmaması hər kəsin yararına olar.

- Restorana gedirik?

- Sabah sizin hamınızı restorana dəvət edirəm.

- “Qəbələ”nin çempionat oyununun təxirə salınmasını istəyəcək?

- Biz təqvimdən qaça bilmərik. Təqvimdə hansı oyunlar varsa hər birin oynayacağıq.

- Bu qələbə sevinci sizə yatmağa imkan verəcək?

- Mən gecə saat 4-dən tez yatmıram. Bu gün yatmaq olmayacaq.

- Ehtiyat oyunçulardan nə üçün az istifadə etdiz?

- Ehtiyat oyunçulardan ona görə istifadə etmədik ki, qurduğumuz taktiki gediş və sistem özünü tutmuşdu. Buna görə də sistemi pozmaq istəmədik. Bir əvəzləmə etdik, bunu da futbolçumuz zədələndiyi üçün məcburiyyətdən etdik.

- Bu qələbədən çox sevindiyiniz olmuşdu?

- Hər bir qələbənin öz sevinci var. Bu qələbə bizi “play off”a yüksəltdi. Unutmaq lazım deyil ki, biz “Çernemorets”də Avropa Liqasından qrupdan çıxmışdıq. Hər bir qələbənin öz yeri var.

- Rusiyalı hakimlərdən razı qaldız?

- Ümumi olaraq detə bilərəm ki, hakimlikdən razı qaldım. Bir məqamda onlara narazılığımı emasional şəkildə bildirdim, amma düşünürəm ki, problem yaşamadıq. Bundan öncə turda olan hakimliyi isə daha dəqiq hesab edirəm. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail