Roman Qriqorçuk jurnalistlərə qonaq verdi

06.08.2016 | 3283 dəfə oxunub

“Lill”lə oyunöncəsi mətbuat konfransında mərhələni adlayacaqları təqdirdə jurnalistlərə qonaqlıq verəcəyini vəd edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sözünün üstündə durub.

Stadium.Az xəbər verir ki, dünən günün ikinci yarısında dəvəti qəbul edən 16 mətbuat nümayəndəsi “Jumeirah Bilgah Beach Hotel"ə yollanıb. Adıçəkilən məkanda jurnalistləri Roman Qriqorçuk və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qarşılayıb.

Ukraynalı mütəxəssisin tərtib etdiyi proqrama əsasən media nümayəndələri ilk öncə “Aqua Park”da əyləniblər. Daha sonra jurnalistlər çimərlik futbolunda güclərini sınayıblar. Roman Qriqorçuk da matçın iştirakçısı olub. Görüş ukraynalı mütəxəssisin yer aldığı komandanın 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisinin müəllifi məhz Qriqorçuk olub.

Daha sonra isə hər kəs süfrə arxasına toplaşıb. Qriqorçuk dəvəti qəbul edənlərə təşəkkürünü bildirib. Media nümayəndələri də öz növbələrində “Qəbələ”nin çalışdırıcısına qarşıdakı “Maribor”la oyunda uğurlar arzulayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail