Qurbanın yükü, yoxsa yükün Qurbanı? - YAZI
Qurban Qurbanov deyiləndə ağıllara gələn, uğur, sevinc, sevincdən yaranan göz yaşları və. s xoş sözlərdi. Bu məsələnin görünən və gözəl tərəfidir. Qurban Qurbanov deyiləndə həm də, yada düşən başqa bir aksioma var - yük. Bəli, səhv oxumadınız yük. Həm də çox ağır yük(lər). Adam, futbolçu həyatında, çoxlarının istəsədə bacarmadığı legioner həyatı adlı yükün altına əlini qoyub, ağırlığına sinə gəlib, üzüağ çıxıb. Azərbaycan millisinin hücumçusu adlı yükündə öhdəsindən pis gəlməyib. Altına girdiyi bu yükün, altından vurduğu 14 qolla çıxıb. İllərdi milli karyerasın bitirməsinə baxmayaraq, hələ də millimizin bombardiri olaraq qalması bunun isbatıdır. Futbola əlvida desə də, ağır yüklərə əlvida demədi. Öncə ölkəmizin flaqmanı olan, heç də hər kəsin duruş gətirə, uğur gətirə bilmədiyi "Neftçi" boyda ağır bir yükün altına girdi. "Neftçi"dəki dönəmi qısa çəksə də, yükünü qaldıracaq qədər uğurlu olduğunu saymaq olar. Hər halda, "Neftçi"ni Gedelərin, Vəlilərin qoyduğu günə qoymamışdı, əksinə, komandaya gümüş medal və avrokuboklarda "Rid"lə hər iki oyunda baxımlı futbol qoyub getmişdi. Hətta gedişinə üzülən kifayət qədər "Neftçi"li var idi.
Elə indi də var. "Neftçi"dən ayrılar-ayrılmaz Qurban Qurbanov "Qarabağ" a gəldi. O "Qarabağ"a
ki, Rasim Kara çempionata bir həftə qalmış komandanı atıb Lənkərana qaçmışdı. O "Qarabağ"a ki, adının
arxasında bir miliyon qaçqını vardı, bu kluba gözünü dikib, qələbəsinə sığınıb,
təskinlik tapanı vardı.
Yəqin ki,
sadaladığım iki məqam anlamaq üçün kifayətdir ki, Qurban Qurbanov bu dəfə necə
ağır bir yükün altına əlini qoyub. Qurbanov bu dəfə də özünü necə lazımdı təsdiqlədi,
hətta lazım olandan da artıq təsdiqlədi. Onunun nələt
etdiyini uzun-uzadı
yazıb xronologiya açmaq fikirindən uzağam. Qısaca xatırlatma edəcəm.
İlk ilindəcə qazanılan ölkə kuboku, arxasınca unudulmaz “Rosenborq” zəfəri ilə başlayan avrokuboklardakı ardıcıl uğurlar və ardıcıl qazanılan 3 ölkə çempionluğu. Artıq hər uğurdan sonra göylərə qaldırılan Qurbanın yükü növbəti gözləntilərlə daha da artımışdı. "Qarabağ"ı ardıcıl iki il Avropa Liqasının qrupunu çıxaran Qurbandan növbəti gözlənti Çempionlar Liqasının qrupu gözlənilirdi. Kişi bu yükü də çiyinlərinə götürüb, əmin addımlarla qrupa doğru gedirdi. Məlum o son 5dəqiqə çox şeyin üzərindən xətt çəkdi. Bəli çox şeyin, heç də hər şeyin yox. Çünki Qurbanovun bu yükündə altından çıxacağına əminəm. Hətta onu haqsız tənqid edib, inancından dolayı işlətdiyi kəlmələri məsxərəyə qoyanların yüklədiyi yükün də altından çıxacağına əminəm. Bu qədər yük varkən, birdə sizlər Qurbana yük olmayın. Sizlərə isə bir tövsiyəm var, Qurbana yüklədiyiniz o yüklə "Qarabağ"ın oyununa gəlməyin. Çünki sizlərdən əmin deyiləm. Qurban o yükün altından çıxacaq da, qayıdıb öz üzərinizə düşəcək öz yükünüzün altından sizlər çıxa bilməyəcəksiniz! Bəlkə də olsa-olsa, gizlincə üzərinizə düşən o məyusluq, peşmanlıq, acizlik yükünün altından gizlincə Qurbana əl çalıb, əhsən deyərsiz.
Xanoğlan İMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |