Rio-2016: Rəsul Çunayevdən bürünc medal - YENİLƏNİB

17.08.2016 | 6631 dəfə oxunub

Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir. Stadium.Az xəbər verir ki, bu gün də Azərbaycan idmançıları yarışlara qatılacaq. 

66 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz əsas medal ümidlərimizdən biri Rəsul Çunayev mübarizəyə start verəcək. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq idmançımızın rəqibi kubalı Migel Palasio Martinez olacaq.

***

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

***

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gələcək. Qarşılaşma 18:04-də başlanacaq.

Rəsul bu dəfə daha möhtəşəm güləşib. Belə ki, Çunayev cəmi 2 dəqiqəyə rəqibini 10:2 hesabıyla vaxtından əvvəl tam üstünlüklə qalib gəlib. 

Rəsulun yarəmfinaldakı rəqibi isə ermənistanlı güləşçi  Miqran Arutyunyandır.

Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4. 

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqibin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. 

***

Çunayev bürünc medal uğrunda cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.


Bu, güləşçilərimizin Rioda ikinci bürünc medalıdır. Buna qədər Sabah Şəriəti (130 kq) də bürünc medala sahib olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail