Rusiya dövləti Azərbaycana təşəkkür etdi

09.09.2016 | 3187 dəfə oxunub

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Rusiya paralimpiyaçılarından alınmış lisenziyalardan imtina etməsini şərh edib.

Stadium.Az xəbər verir ki, Rusiya XİN rəsmisi bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfinə bu addımı atdığına görə təşəkkürünü bildirib: "Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı anlayırlar. Ona görə də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk".
 
İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib.

Image result for Mariya Zaxarova



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail