"Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq"

19.09.2016 | 2965 dəfə oxunub

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.

 
Seyed Nazemalsharieh (İran millisinin baş məşqçisi): “Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail