Dövlət İslam Həmrəyliyi Oyunlarına nə qədər pul xərcləyəcək?

27.12.2016 | 1482 dəfə oxunub

"Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənclər bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır".

Stadium.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: "Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4000-ə yaxın idmançı, 2000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6000-ə yaxın adam qalacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.02.2018

18.02.2018

22:42  Qra Qarayev: "Vallah, təklif yoxdu" - MÜSAHİBƏ

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

17.02.2018

17:40  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz