Samir Abbasov: "Onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb"

19.02.2017 | 1018 dəfə oxunub

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turunda AZAL-a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına jurnalistlərin suallarını cavablandırıb: 

 
- Çətin oyun oldu. "Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım.
 
- İlk hissənin sonunda baş hakim Rəhim Həsənova etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?

- Rəhimə öz etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim. Rəhim də dedi ki, "etirazını oyundan sonra bildir” və məni "texniki zona"dan uzaqlaşdırdı.
 
- "Sumqayıt”da yarımmüdafiə xətti yoxdur. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici komandaya göndərilmək vaxtı çatıb?

- Bəli, razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var. Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2017

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ