"Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi"

04.03.2017 | 742 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunda "Qarabağ"la oyundan (0:4) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu matçdan sonra 4-cü yer haqda düşünmək belə, istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız.

- Bu gün sistemi dəyişdiniz, 4 müdafiəçi ilə oynadınız...

- Beş müdafiəçi ilə oynadığımız kubok oyununu yada salın, 6 qol buraxmışdıq. Sistemi bir qırağa qoyun, uşaqlar həyəcanlı idi.

- Adətən sərkərdəsi həyəcan keçirdən əsgər qorxur. Rəqibdən çəkinirdiniz?

- Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz tapmıram. “Qəbələ”nin də bizi burda 4:0 udması mümkündür.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2017

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ