Vladimir Levin: "Bizi realizasiya pis vəziyyətdə qoyur"

03.12.2011 | 8609 dəfə oxunub

“İnter”in kapitanı Vladimir Levin klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, millimizin də üzvü olan müdafiəçi “Turan”la ölkə kubokunun yarımçıq qalan oyunu və Premyer Liqanın XV turunda sabah “Xəzər Lənkəran”la səfərdə keçirəcəkləri qarşılaşma haqda fikirlərini açıqlayıb. 

- Söhbətə “Turan”la oyun barədə başlamaq istərdik. Tovuz komandasına qarşı keçirilmiş görüş haqda nə deyə bilərsən? 
- Komanda bu oyuna ciddi hazırlaşmışdı. Biz “Turan”ın bu il heç də yaxşı formada olmadığına diqqət yetirmədik və rəqibin qiymətləndirilməməyinə yol vermədik. Bu qarşılaşmaya köklənmə yüksək səviyyədə idi. Bunu birinci hissədə 2:0 hesablı nəticə də təsdiqlədi. Bizim üçün hər şey kifayət qədər yaxşı alınırdı.

- Bəs, rəqibin oyunu davam etdirməmək istəyini necə qarşıladın? 
- Heç bir reaksiya vermədim. Bu, onların işidir, meydançaya çıxıb-çıxmamağı onlar qərarlaşdırmalıdırlar.

- Həmin mübahisəli epizodda topun qapı xəttini tam keçdiyi görünür. Bu epizod barədə nə deyə bilərsən? 
- Mən həmin hadisələrin episentrindən uzaqda idim və hətta təkrara baxmadım, buna görə də əminliklə nəyisə təsdiqləyə bilmərəm. Lakin qonaqların qapısına yaxın olanların və tribunadan oyuna baxanların dediklərinə görə, top qapı xəttini keçmişdi.

- Belə də “İnter”i kubokun növbəti mərhələsinə çıxmaq münasibətilə təbrik etmək olar. Ötən mövsüm komanda finaladək irəliləmişdi. Necə düşünürsən, “İnter” bu nəticəni təkrarlaya biləcəkmi? 
- Öncədən ehtimal etmək istəmirəm. Hər şeyi zaman göstərəcək. Biz finala çıxmaq və həlledici qarşılaşmada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Komanda bazar günü çempionatın liderlərindən olan “Xəzər-Lənkəran”ın qonağı olacaq. Bu matça necə hazırlaşırsınız? 
- Hazırlıq üçün çox az vaxtımız var. Buna görə də, ondan səmərəli istifadə etmək lazımdır. Düşünürəm ki, görüşün afişası artıq özündə vacibliyi daşıyır. Bundan başqa, qarşıdakı oyun komandaları cəmi 2 xal ayırdığı turnir cədvəli baxımından da çox vacibdir. Bütün oyunlar bizim üçün özünəməxsus şəkildə əhəmiyyətlidir, lakin bu qarşılaşma daha mühümdür. Çox istərdim ki, Lənkərandan müsbət nəticə ilə qayıdaq.

- Lənkəran arenası həmişə dolu tribunalarla və stadionda atmosferlə fərqlənib. Lənkəranlılarla səfərdə oynamaq necə təsir bağışlayır? 
- Bu, xüsusi futbol atmosferi hiss edilən səfər oyunlarından biridir. Orada həmişə tribunalar dolu olur, xoşdur ki, xalq futbolu çox sevir. Belə şəraitdə oynamaq çox əladır, axı bu, oyuna köklənmə və adrenalin əlavə edir. Belə matçlar çox olsa yaxşıdır! Lənkərana səfər məndə daha çox müsbət emosiyalar doğurur. Əlbəttə ki, qazonun keyfiyyətinin də bütün tələblərə cavab verməsini istərdim.

- Rəqibin heyətində bir çox fərdi ustalığı ilə seçilən futbolçular var. Onlardan kimi fərqləndirərdin? 
- Kimisə fərqləndirmək istəmirəm, axı futbol şahmat və ya tennis deyil. Futbol komanda oyunudur və matçın nəticəsinə görə bütün oyunçular cavabdehdir. “Xəzər-Lənkəran” haqqında onu deyə bilərəm ki, uzun müddət turnir cədvəlində 1-ci yerdə qalıblar, demək, bu, bütün komandanın uğurudur. Bu, ölkənin ən iddialı və ciddi komandalarından biridir.

- “İnter” mövsümə kifayət qədər uğurla başlamadı, ancaq tədricən komandamız oynunu tapdı və artıq ard-arda 11 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Deyə bilərsənmi, belə uğurlu məğlubiyyətsizlik seriyasının sirri nədədir? 
-Biz hər oyuna lazımi səviyyədə hazırlaşırıq. Haradasa bəxt kömək edir, axı futbolda bəxt payı olmadan keçinmək olmur. Nəticəyə işimiz, məşqlərimiz də təsir göstərir. Yəqin ki, uğurun sirri də məhz bundadır.

-Turnir cədvəlinə baxan zaman nəzərə çarpır ki, komanda az qol buraxır, ancaq bununla yanaşı, kifayət qədər az da qol vurur... 
-Hər oyunda kifayət qədər qol vəziyyəti yaradırıq, amma bizi realizasiya pis vəziyyətdə qoyur. Düşünürəm ki, məşqlərdə bu problem üzərində daha sayıq işləmək lazımdır və o zaman vəziyyət olduqca yaxşılaşacaq. Bundan başqa, bizə yaradılan vəziyyətlərdən daha diqqətli istifadə etmək də lazımdır
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail