Zaur Svanadze: "... əzab çəkəcəyik"

19.08.2017 | 856 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının II turunda səfərdə oynadıqları “Qarabağ”la qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin görüş oldu. İlk hissədə yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun meydana çıxması matçın gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə çalışdılar. Buna baxmayaraq, keçirdiyimiz ikinci oyunda da məğlub olduq".

- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, növbəti matçlarda komandaya psixoloji cəhətdən necə təsir edəcək?

- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdı.

- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdız. Bunun sizin üçün əhəmiyyəti varmı?

- Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. İstəyərdik ki, startda başqa komadalarla qarşılaşaq. Artıq bu komandalarla oynadıq. Digər matçlarda xal qazanmaq şansımız var.

- "İnter"də bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutmuşdunuz. Bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiz?

- Keçən mövsümdə yaxşı futbolçularımız var idi. Bizim ehtiyat oyunçular skamyamız qısadı. Qışa kimi "İnter" üçün çox çətin olacaq. "Transfer pəncərəsi" açılana kimi əzab çəkəcəyik.

- Komandada maaş problemi olduğu halda, yeni transferlər etmək mümkün olacaq?

- Məncə, mümkün olacaq. Vəziyyət yavaş-yavaş düzələcək.

- Düşünmürsüz ki, rəqibdən fərqli, sizin əvəzetmələriniz komandaya kömək etmədi?

- Əvəzetmələrin oyuna ciddi təsir etdiyini düşünmürəm. 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.11.2017

17.11.2017

17:42  "Qarabağ" - “Sumqayıt” - HEYƏTLƏR

16.11.2017

15.11.2017

11:35  Azərbaycan - Kosova 0:0 VİDEO

14.11.2017

13.11.2017

11.11.2017

12:00  İsveçin qələbəsi VİDEO

10.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. İnter 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10İnter 0-2Qarabağ
20.10Səbail -İnter
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ