"Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu"

24.08.2017 | 2501 dəfə oxunub

“Biz qrup mərhələsini arzu edirdik. Çox çətin oyun oldu". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarbağ"ın hücumçusu Dino Ndlovu söyləyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen” mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası bu gün səhər saatlarına ölkəmizə qayıdıb.
 
Hava limanında açıqlama verən Dino Ndlovu bildirib: "Azarkeşlər bizə inanırdı. Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu. Güclü komandalar qarşılaşmaq xoş olacaq".
 
Ndlovu "Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istəyərsiniz?" sualına belə cavab verib: "Komandaların fərqi yoxdu. Hamısı güclü klublardır. Qrup mərhələsində əlimizdən gələni edəcəyik. Rəqiblər müəyyənləşmədiyi üçün şanslar barədə danışa bilmərəm. İndi fikrimizi ölkə çempionatına da cəmləməliyik. Mən "Qəbələ" ilə oyuna hazırlaşacam”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ