Mövsümün ən erkən qolu Gəncədə vuruldu

26.11.2017 | 3702 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ən erkən qolu qeydə alınıb. Stadium.Az xəbər verir ki, XIII turun Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” matçında qonaqlar 1-ci dəqiqədə hesabı açıb.

“Qırmızı-qaralar”ın futbolçusu Baqali Dabo cari mövsüm ilk dəqiqədə fərqlənən yeganə oyunçudur. 26-cı saniyədə “Kəpəz”i məyus edən hücumçu Milan Durç (“Zirə”) və Mirabdulla Abbasovun (“Neftçi”) rekordunu arxada qoyub.

Bu futbolçular 3-cü dəqiqədə qol sevinci yaşamışdı. Milan I turda “Səbail”in, Mirabdulla X turda “Sumqayıt”ın qapısına erkən qol vurmuşdu. Dabo həm də ardıcıl 3-cü oyunda qol vurmaqla rekord müəllifi olub. XI turda “Səbail”ə 2, ötən tur “Neftçi”yə 1 qol vuran hücumçu cari mövsüm ardıcıl 3 turda fərqlənən ilk oyunçudur. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail