Premyer Liqada ən yaxşı göstərici

27.11.2017 | 2869 dəfə oxunub

Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb. Stadium.Az xəbər verir ki, XIII turda qapılara 16 qol vurulub ki, bu da cari mövsümün ən yüksək göstəricisidir.

Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4,00 top qeydə alınıb. “Kəpəz” - “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” – “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” – “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyib. Bunadək rekord 13 qolun vurulduğu I və XII turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub.

Bu rəqəmin 4,00 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün XXVII turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” – “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün XXVII turunun “Qəbələ” – “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ