İlham Əliyev: "Bu, böyük, mötəbər yarış olacaq"

20.12.2011 | 17191 dəfə oxunub

Dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Stadium.az xəbər verir ki, dövlət başçısı tədbirdəki çıxışında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı fikirlərini bildirib: "Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, böyük, mötəbər yarış olacaqdır. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir. Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman infrastrukturu yaradılır. İdmanla məşğul olmaq üçün hər bir bölgədə gözəl imkanlar vardır. Yaxın gələcəkdə hər bir rayon mərkəzində gözəl olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail