Elxan Məmmədov: " Siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb"

08.01.2018 | 5814 dəfə oxunub

“İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını biz də alqışlayırıq. Təbii ki, kütləvi idman tədbirlərində bu prosesə nəzarət etmək bir qədər çətindir. Hər bir şəxs həm qanun, həm də ətrafında olan şəxslər qarşısında məsuliyyətini dərk etməli, müvafiq qaydalardan kənara çıxmamalıdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. İctimai və qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanunla bağlı fikirlərini açıqlayan Məmmədov buna görə UEFA-dan öhdəlik aldıqlarını bildirib:

“Bakıda 2019-cu ildə Avropa Liqasının final oyunu, 2020-ci ildə Avropa çempionatının 4 qarşılaşması təşkil olunacaq. Həmin oyunlar zamanı stadionlarda siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb. Bununla əlaqədar, AFFA-nın təşkil edəcəyi oyunlar zamanı könüllülərin xidmətindən geniş istifadə olunacaq”.

Baş katib iritutumlu stadionlarda, azarkeşlərin çox olduğu yerlərdə məlum qadağanın tətbiqinə nəzarətin heç də asan olmadığını söyləyib:

“Qeyd etdiyim kimi, 50-60 min azarkeşin iştirak etdiyi kütləvi tədbirlərdə bu prosesin tam olaraq nəzarətdə saxlanılması asan deyil. Burada təkcə qadağanın tətbiqinə nəzarətlə yanaşı, fərdi məsuliyyət də rol oynayır. AFFA stadionlarda siqaret çəkilməməsi ilə bağlı prosesə xeyli müddətdir start verib. Millinin oyunlarında, Bakıda təşkil olunmuş dünya və Avropa çempionatları qarşılaşmalarında bununla bağlı ilkin işlər görülüb. Prosesi yenə də davam etdirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail