Yunis Hüseynov: "Qələbə mənim üçün maraqlı deyil"

01.02.2018 | 3808 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Antalya toplanışı çərçivəsində Serbiyanın “Spartak” klubu ilə yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə mənim üçün maraqlı deyil, amma qalib gəlmək həmişə gözəldir. Psixoloji cəhətdən istərdim ki, həmişə oyunçularım qalib gəlsinlər və buna öyrəşsinlər. Əsas məsələ isə komandanın düzgün oynamasıdır. İlk hissədə komandamın çıxışı 70-80 faiz xoşuma gəldisə, ikinci hissədə bu, 50-60 faizə düşdü. Rəqib ikinci hissədə daha üstün oynadı və bizə təzyiq elədi. Amma ümumi götürəndə razı qaldım.

- Komanda iki qol vursa da, kəsərli hücumlar yaratmaqda çətinlik çəkirdi...

- Komandamız yeni yığılıb. 11 oyunçumuzun ikisi-üçü bir yerdə oynayıblar, qalanları təzə qoşulublar. Bu komanda ilə cəmi 4 oyuna çıxmışıq. Ona görə də xətlərarası əlaqə zəifdir. İlk hissədə imkanlar daha çox idi. Amma təcrübəsizlik mane oldu, yararlana bilmədik.

- Hücumçu axtarışlarınız nə yerdədir?

- Bəli, axtarırıq. Bu gün son cavabı deyəcəklər. Ən zəif yerimiz hücumdur, digər mövqelərdə rəqabət var.

- 1:8 hesablı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət necədir?

- Mən həmin oyunda səhv etdim. Elə bilirdim, bugünkü komanda ("Spartak" - red) ilə oynayırıq. Komandaya yükləmə vermişdim.  Sonra meydanda bildim ki, rəqibimiz polşalılardır. Onu bəhanə eləmirəm, amma uşaq səhvlərindən qollar buraxdıq. Nəticəyə görə uşaqlarla iclas keçirdik, dedim ki, belə məğlubiyyət yolverilməzdir.

- Fasilədən sonra ilk oyun “Neftçi”yə qarşı olacaq. Bununla bağlı azarkeşlərinizə nə mesaj göndərə bilərsiniz?

- Demək istəyirəm ki, meydanda əzmkar, mübariz komanda görəcəksiniz. Meydançada sona qədər mübarizə olacaq.

- “Neftçi” Antalyada keçirdiyi 5 hazırlıq oyunun hamısında məğlub oldu və cəmi 1 qol vurdu. Bu, sizə qəribə gəlmir?

- Eşidirəm, amma bu, hazırlıq dövrüdür, hesab, nəticə o qədər də əhəmiyyətli deyil. Yadınıza gəlirsə, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməmişdən qabaq Antalyadakı bütün oyunlarda uduzmuşdu. Amma sonra gözəl nəticə göstərdi. Ona görə burdakı nəticələri ciddiyə almaq lazım deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail