Sampaoli: "Messinin yoxluğu özünü göstərdi"

29.03.2018 | 4137 dəfə oxunub

Argentina millisi tarixinin antirekordunu təkrarlayaraq yoldaşlıq oyununda İspaniyaya 1:6 hesabıyla uduzub. Stadium.Az xəbər verir ki, bu məğlubiyyətdən sonra "albiceleste"nin baş məşqçisi Xorxe Sampaoli təəssüratlarını bölüşüb:

"Birinci hissəni əla oynadıq. 60 dəqiqəyə kimi yaxşı təsir bağışladıq, amma ispanlarla qarşılaşmada bu kifayət etmir. Biz topa nəzarət edib bu yolla müdafiə olunmaq istəyirdik. İspaniyanın qol imkanları çox oldu. Amma hesab 2:0 olana qədər oyun bərabər idi. Fasilədən sonra onlar bizi əks-hücumlarda tutdu. Rəqib topa nəzarətdə daha effektiv idi.

Nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm. Çünki komandanı oyuna mən hazırlamışam. Çalışsaq da, imkanlarımızı boşa verdik. Dünya çempionatına hazırlığı davam etdirməli və eyni səhvlərə orda da yol verməməmliyik. Messi paltardəyişmə otağında uşaqları ruhlandırırdı, amma onun yoxluğu özünü göstərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail