"Roma" və "Barselona" komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib. Stadium.Az xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi "Roma"nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib.
Messi Cengizlə miks-zonada üz-üzə gəlib. Ünder salamlaşmaq üçün bir müddət argentinalı forvardın üzünə baxsa da, məşhur futbolçu özünü görməzliyə vuraraq, başını aşağı salıb və stadionu tərk edib.
1/4 final mərhələsinin ilk matçında "Barselona"ya 1:4 hesabı ilə məğlub olan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.