"Neftçi" azarkeşləri Kamran Quliyevə üsyan etdi

02.06.2018 | 1772 dəfə oxunub

“Neftçi” rəhbərliyinin israrla yeni baş məşqçi axtarması azarkeşlərin kəskin narazılığına səbəb olub. Stadium.Az xəbər verir ki, xüsusən də, gürcü mütəxəssis Temuri Ketsbayaya təklif göndərilməsi klub rəhbərliyini yenidən tənqid obyektinə çevirib.

Sosial şəbəkələr vasitəsilə buna qarşı çıxan “ağ-qaralar”ın fanatları Tərlan Əhmədovun postunda qalmasını tələb edirlər. Onların əksəriyyəti əcnəbi məşqçiyə çox pul xərclənməsinin əleyhinədi. Prezident Kamran Quliyevin heç nəyə əhəmiyyət vermədən əcnəbi çalışdırıcı axtarışını davam etdirməsi hətta ciddi tənqid olunmasına gətirib çıxarıb.

“Belə rəhbərlik olmaqdansa, heç olmasın” – yazan fanatın fikrincə, rəhbərliyi meşəyə aparıb, ciyərini dağıtmaq lazımdı: “Əhmədov komandanı axırıncı yerdən 3-cü pilləyə gətirib, bunlar baş məşqçi axtarır. Deyəsən, paylamağa pulları çoxdu. Axırda Tərlanın ayaqlarından öpəcəklər!”

- “Gedib gürcüyə yalvarır, özününkü qalıb burda. Tərlanla davam et, göndər xaricə təcrübə keçsin, daha da püxtələşsin. Baxın, türklər əcnəbiləri göndərib, yerliləri gətirir. Tərlan ən ideal variantdı. Öz sistemini oturdub. Gedin, seleksiya ilə yaxşı oyunçu gətirin. 300-500 min verib məşqçi gətirməkdənsə, həmin pula 3 yaxşı oyunçu al”.

- “Tərlan Əhmədova şans vermək lazımdı, Avroliqaya vəsiqəni o qazanıb. Avropa Liqası ərəfəsində dəyişiklik yaxşı nəticə verməyəcək”.

- “Bu rəhbərlik hər itə-qurda pul verməyə, “Neftçi”yə gətirməyə razıdı, təki Tərlan olmasın. Oyunlara az qaldı, kişiyə imkan verin işləsin”.

Azarkeşlərdən biri isə “Ən ideal əcnəbi Mirça Rednikdi. Əsl hücum futbolu oynadır və qorxaq futboldan uzaq məşqçidi” - deyərək, sabiq “Xəzər Lənkəran”lını təklif edib. Həmçinin, Vlastimil Petrjela və Anatoli Demyanenkonun adını çəkən də var.

Ketsbayadan əvvəl rumıniyalı Maruis Şumuditsa ilə əlaqə saxlayan paytaxt təmsilçisi ondan da “yox” cavabını alıb. Maraqlıdı ki, Şumuditsa prezidentlə danışdığını, lakin klubun büdcəsinin aşağı olduğunu əsas gətirərək, “Azərbaycanda imicimi xərcləmək istəmirəm” deyib və təkliflə razılaşmadığını vurğulayıb.

 Şumuditsa həqiqətləri desə də, bəzi fanatlar buna görə, rumıniyalını qınayıb. Hətta “Sən kimə lazımsan axı? Gördük də yaratdığın “Kayserispor”u”, “Günah rəhbərlikdədi ki, belə ucuz insana ağız açır” fikrini səsləndirənlər də var.

Ancaq əksəriyyət Şumiditsanın bununla “Neftçi” rəhbərliyinə lazımi cavabı verdiyini düşünür. Bu xəbərə “Əslində həqiqətləri deyir. Belə büdcə ilə iddialı, rəqabətədavamlı Avropa komandası yaratmaq olmaz. Çempionatda vaxt “öldürmək” istəyirlərsə, bu ayrı məsələ. Rumıniyalı da “Neftçi” kimi komandanı bəyənmir. Ölüb yerə girsinlər!” - yazan da, “Neftçi” rəhbərliyi, həqiqətən də, bununla əlaqə saxlayıbsa, onda layiqli cavabını alıb. Bu, doğrudan da, belədisə, ona müraciət edənin nəinki psixologiyadan, heç futboldan anlayışı yoxdu” - fikrində olan da, “Sizi pərt etməklə düz iş görüb. Axı niyə yalan danışırsınız? Bəs deyirdiniz ki, baş məşqçi axtarmırıq. Niyə Tərlan müəllimlə müqavilə bağlamırsınız? Gözləyirsiniz ki, azarkeşlər sizi istefaya səsləsinlər?” – kimi xəbərdarlıq yazan da var.

İsrarla əcnəbilərlə danışıq aparması Kamran Quliyevi bir nömrəli hədəfə çevirib. “Deyəsən Kamran “Neftçi”ni dağıtmağa gəlib”, “Bundan nə prezident olacaq ki...”,

“Görünən odu ki, Kamran da işləyə bilmir, bilməyəcək” – yazaraq, narazılığını bənzər fikirlərlə bildirənlər az deyil. “Özümüzə az dəyər veririk, xaricilərə çox. Məgər 6 il əvvəl bu klubu ilk dəfə Avropa Liqasının qrupuna xarici çıxarmışdı? Allah Böyükağa Hacıyevə rəhmət eləsin!” - kimi rəy yazan “Neftçi” sevdalılardan biri bu komandanın yerli mütəxəssislə nəyi bacardığını xatırladıb.

Bəzi azarkeşlər isə hətta “Neftçi”dən ümidini üzüblər. Onlar hesab edirlər ki, bu rəhbərliklə uğur qazanmaq mümkün olmayacaq: “Nə qədər ki, bu rəhbərlik var, “Neftçi”dən heç nə gözləməyin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2018

00:54  "Genqam" - PSJ - 1:3 VİDEO

00:30  "Kyevo" - "Yuventus" 2:3 VİDEO

00:28  "Çelsi" - "Arsenal" 3:2 VİDEO

00:06  "Zirə" - "Keşlə" 2:2 VİDEO

18.08.2018

23:49  Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

20:15  "Zirə" - "Keşlə" - HEYƏTLƏR

18:02  "Səbail" - "Qarabağ" -HEYƏTLƏR

17.08.2018

16:21  "Şerif"in uduzduğu oyun VİDEO

15:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.08.2018

09:41  Avropa Liqasında günün oyunları - YENİLƏNİR

15.08.2018

   
  O Q H M T-f X
1. Kəpəz 0 0 0 0 0 0  
2. Zirə 0 0 0 0 0 0  
3. Səbail 0 0 0 0 0 0  
4. Keşlə 0 0 0 0 0 0  
5. Qarabağ 0 0 0 0 0 0  
6. Qəbələ 0 0 0 0 0 0  
7. Sumqayıt 0 0 0 0 0 0  
8. Neftçi 0 0 0 0 0 0  
26.09Qarabağ ---Zirə
12.08Qəbələ 3-0Səbail
12.08Keşlə 0-1Kəpəz
11.08Sumqayıt 0-2Neftçi
19.04Neftçi -Qəbələ
18.08Səbail -Qarabağ
18.08Qarabağ -Keşlə
19.08Kəpəz -Sumqayıt