Vaqif Sadıqov "Anji"dən çıxarılmasından danışdı

09.01.2012 | 5876 dəfə oxunub

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun müsahibəsi: 

- “Anji”nin yeni baş məşqçisi Yuri Krasnojanın  sizinlə işləməmək qərarını necə qarşıladınız?

- Yanvarın 10-da komanda təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə gedir. Mən yanvarın 7-də klubun düşərgəsində olmalıydım. Bundan bir gün əvvəl isə Yuri Krasnojan şəxsən özü mənə zəng edərək halallaşdı. Dedi ki, səhv edirəm, düz edirəm, bilmirəm, amma özümlə dörd yeni köməkçi gətirirəm.

- Bunu necə qəbul edirsiniz?

- Çox normal. Açığı, bu qərarı gözləyirdim də. Çünki istənilən yeni məşqçinin özüylə tanığıdı köməkçini gətirməsi təbii haldır. Mən Krasnojanın bu qərarından qətiyyən incimirəm. Öz nəvbəmdə Krasnojana və onun köməkçilərinə uğurlar arzuladım. Bundan sonra “Anji”də işləməsəm də, bu komandaya azarkeşlik edəcəyəm. Həmin klubda çox əziyyət çəkmişik. Bunu Krasnojan da etiraf etdi.

Bəlkə də başqaları olsaydı, inciyərdi. Amma komandada yeni məşqçi var, o yeni fikirlərlə gəlib. Məni tanımadığına görə fikirlərini həyata keçirmək onun üçün çətin olardı.

- “Anji”ylə mövsümün sonuna qədər olan müqavilənizi artıq ləğv etmisiniz?

- “Anji”dən ayrılmağımla bağlı qərarı mənə baş məşqçi bildirdi. Təlim-məşq toplanışından sonra klub rəhbərliyi ilə danışıqlar aparacağam. Düşünmürəm ki, “Anji” kimi klub belə məsələlərdə problem yaratsın. 
 
- Rusiya futbolunda işləmək sizə nə verdi?

- Mən ötən ilin yanvarın 8-də “Anji”ylə müqavilə imzalamışdım. Orada həqiqətən çox şey öyrəndim. Mən hər bir məşqçiyə “Anji” kimi komandada işləməyi arzu edirəm. “Anji”də fəaliyyətə başlayanda bu komanda yüksək liqada yerini qorumaq üçün çalışırdı. Yuri Krasnojan özü dı mənimlə telefon söhbətində qeyd etdi ki, Hacı Hacıyevlə birgə “Anji”nin ağır günlərində çox işlər görmüşük. O dedi ki, klubda da sizi yalnız müsbət tərəfdən tanıyırlar. Digər tərəfdən, orada dünya futbolunun ulduzları olan Roberto Karlos, Samuel Eto’o kimi oyunçularla tanış oldum. Onların mənə münasibəti çox yaxşıdır.

- Bundan sonra yenidən Rusiya futbolunda işləməyiniz nə dərəcədə realdır?

- Bu gün həmin ölkənin tanınmış menecerləriylə yaxşı münasibətim var. Mənə tezliklə Pro lisenziyası almaq lazımdı ki, həmin ölkədə işimi davam etdirə bilim.

- Təkliflər varmı?

- Təklif yoxdu, amma Pro lisenziyası aldıqdan sonra iş tapmaq çətin olmaz.

- Azərbaycanda işləmək haqda düşünürsünüz?

- Azərbaycanda çalışmaq, öz ölkəmin futboluna xidmət göstərmək mənim üçün ən böyük xoşbəxtlikdir. Mən futbolumuza sadiq bir insanam. Tələb olarsa, təbii ki, köməyimi əsirgəmərəm.


- Millinin baş məşqçi köməkçisi vəzifəsi boşdur. Sizə AFFA-dan bununla bağlı təklif gəlsə, münasibətiniz necə olacaq?

- Mən bayaqkı suala cavabımda da dedim ki, Azərbaycan futboluna sadiq olmuşam və futbolumuza, milli komandamıza qulluq etməyə hazıram.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail