Maksim Medvedev "İnter" və "Neftçi"ni digər klublardan üstün sayır

12.01.2012 | 4070 dəfə oxunub

"Qarabağ" qış fasiləsindən sonra hazırlıqlarını sürətləndirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı qəsəbə stadionunda çalışmlarını davam etdirən komandanın məşqlərində sadəcə zədəli Rəşad Sadıqov və icazəli Admir Teli iştirak etmir. "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev yeni hazırlığı və hədəflər haqqında danışıb: "Hardasa 20 günlük izin vardı. Hələ ki, adaptasiya gedir məşqlərə. Normal şəkildə hazırlaşırıq. Əsas hazırlığımız Antalyada olacaq. İndi yavaş-yavaş futbol havasına giririk. Mövsümün ilk yarısını 4-cü pillədə bitirməyimizi normal dəyərləndirirəm. Daha doğrusu, gözlənilməz xal itkisi olmasaydı daha yaxşı olardı. "Sumqayıt-Şəhər"ə 5 xal verməsəydik indi liderdən cəmi 3 xal geridəydik. Təbii ki, indi bunu düşünmək bizə heç nə vermir. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. Komanda olaraq özümüzə inanırıq. Son oyunlarda qol buraxmamağımız sadəcə müdafiənin əməyi deyil. Komanda şəkilində düzgün oynamağımızın nəticəsidir. Həmin məntiqlə niyə çoxlu qol vura bilmirik? Deməzdim ki, qol şanslarımız olmur. Sadəcə `son nöqtə`ni qoymaq problemi var. Bunu da həll etdikdən sonra daha məhsuldar oynayacağımıza inanıram. Yeni oyunçular? Əlbəttə, güclənsək pis olmaz. Zədə, cəza kimi amillər mövsümboyu problem yarada bilər. Adətən qışdan sonra daha uğurlu çıxış edirik. İnanıram ki, bu dəfə də bu ənənəni davam etdirəcəyik. Çempionluq uğrunda mübarizə çətin olsa da, biz heç vaxt hədəfsiz mübarizə aparmırıq. Cari mövsüm ən xoş təsir bağışlayan heş şübhəsiz, "İnter"dir. "Bankirlər" məhdud imkanlara baxmayaraq arzu və intizamlı oyun üslubuyla rəğbət yaradır. Baxımlılıq nəzərindən "Neftçi"ni qeyd etməliyəm. "Qəbələ"nin isə fiziki hazırlığını vurğulamaq lazımdır. İnanıram ki, 2-ci yarı olduqca maraqlı olacaq. Çempionun kimliyi haqqında danışmaq tezdir. Zənnimcə, "6"lıqda hər şey dəyişə bilər. Final mərhələsində hər oyun dəyişikliyə səbəb ola bilər. Amma biz ancaq öz oyunumuz haqqında fikirləşməliyik.`



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail