"Qəbələ"nin "Neftçi" ilə 46-cı dueli

17.08.2018 | 1692 dəfə oxunub

"Qəbələ" Azərbaycan Premyer Liqanın 2-ci turunda “Dalğa Arena”da "Neftçi" ilə üz-üzə gələcək.

Stadium.Az xəbər evrir ki, bu, ilk dəfə 12 il öncə qarşılaşan rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb.

16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 58:57.

Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.

Ardıcıl 10 görüşdür heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.

Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.

“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Komanda səfər matçlarında rəqibindən üstündür. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran "Qəbələ" 26 top buraxıb.

Avqustun 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.12.2018

09:46  "Sevilya"nın qələbəsi VİDEO

16.12.2018

22:03  "Qarabağ" - "Keşlə" - Geniş icmal VİDEO

21:58  "Qəbələ" - "Sabah" - Geniş icmal VİDEO

18:35  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

13:49  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

10:38  "Yuventus"un qələbəsi VİDEO

15.12.2018

18:47  "Neftçi" - "Sumqayıt" -HEYƏTLƏR

16:22  "Zirə" - "Səbail" - HEYƏTLƏR

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi