Almeyda bu göstəricidə Millətlər Liqasının ən yaxşısıdır

21.11.2018 | 1727 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb. Stadium.Az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda 6 tur ərzində dəqiq ötürmə verən futbolçuların siyahısında ilk pillədə qərarlaşıb.

30 yaşlı yarımmüdafiəçi 454 dəqiq ötürmə ilə bütün futbolçuları qabaqlayıb.

Millətlər Liqasının qrup mərhələsində ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviç olub. 24 yaşlı hücum 6 dəfə rəqib qapılarına yol tapıb.

San-Marinonun qapıçısı Elia Benedettini "seyv” sayında zirvədə yer alıb. O, 16 top buraxdığı halda, 41 dəfə komandasını qoldan xilas edib.

Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə bilavasitə yardımçı olub.

Millətlər Liqasının qrup mərhələsində çox qol vuran yığma isə Kosovodur. Komandanın futbolçuları 15 dəfə fərqləniblər.

Qeyd edək ki, Azərbaycan milli komandası qrup mərhələsinin VI turunda Kosovoya 0:4 hesabı ilə məğlub olduqdan sonra turnirlə vidalaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.04.2020

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ