Dünya çempionatı 2 ildən bir keçiriləcək?

25.11.2018 | 1513 dəfə oxunub

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb.

Stadium.Az "The Guardian"a istinadən xəbər verir ki, qurumun prezidenti Alexandro Dominqes FİFA-ya mundialın 2 ildən bir keçirilməsini təklif edib. O, futbolçuların bununla dünya çempionatında daha çox iştirak imkanı qazanacağını vurğulayıb:

"Millətlər Liqasında oynamaq üçün dünya çempionatını 2 ildən bir keçirə bilərik. Bu, hamının xeyirinə olar. Belədə futbolçular ən azı 4 mundial görə bilərlər. İndiki halda onlar maksimum 2 turnirdə iştirak edə bilirlər. Həll yolları çoxdur. Dünya çempionatını uzun müddət gözləmədən Avropa, Cənubi və Şimali Amerika, Afrika və Asiyada keçirə bilərik. Maliyyə tərəfinə gəlincə, FİFA bundan daha çox gəlir götürüb, ölkələrə daha çox pul paylaya bilər".

KONMEBOL daha əvvəl FİFA-ya mundial iştirakçılarının sayını 32-dən 48-ə yükəltməyi təklif edib. Ali futbol qurumu da hazırda bu məsələni müzakirə edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ