İbrahimoviç: "Milan"a borcumu ödəmək istərdim"

25.11.2018 | 1988 dəfə oxunub

"Los Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Milan"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Stadium.Az xəbər verir ki, isveçli futbolçu İtaliya klubundan təklif aldığını təsdiqləsə də, ABŞ-da qalmağın əleyhinə olmadığını da gizlətməyib. O, söyləyib ki, burada daha 1 il oynaya bilər:

"Milan"dan təklif var, ancaq L"Los Anceles Qalaksi"də daha bir mövsüm keçirmək mənim üçün problem olmayacaq. "Milan" məni sevir, bu, sirr deyil. Orada 2 mükəmməl mövsüm keçirmişəm. Həmin vaxt komandadan getmək istəmirdim, amma onlar məni PSJ-yə göndərdi.

Ümumilikdə, "Milan" mənə yaxşı münasibət göstərdi. Ora "Barselona"dan getmişdim. İspaniyadan kədərli ayrılmışdım, amma "Milan"ın sayəsində yenidən gülümsəməyə başladım. Onlara borcumu ödəmək istərdim. Ancaq indi nə "hə", nə də "yox" deyə bilərəm. Baxaq, görək, necə olur. Qattuzo əla oyunçu olub, indi isə əla məşqçidir".

Zlatan 2010-2012-ci illərdə "rossoneri"lərin şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ