Yakub Jezniçak: "Azərbaycanda müsəlmanların radikal olmadığını gördük"

30.03.2019 | 5183 dəfə oxunub

“Azərbaycana gələndə karyeramın necə olacağı məlum deyildi. İlk dəfə legioner həyatı yaşayırdım. Ancaq bura gələndə gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibəsində deyib. 32 yaşlı müdafiəçi Ağdam klubuna keçidi barədə danışarkən ölkəmizə gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib: 

“2004-cü ildən, yəni 21 yaşımdan "Legia"da çıxış etmişəm. Hazırkı durum isə mənə çox xoş gəlir. Bakı inkişaf edir. Həyat yoldaşımla birlikdə sakit həyat yaşayırıq. İdman da inkişaf edir. Biz Çempionlar Liqasında oynadıq. Bura gəldiyim üçün peşmanlıq keçirsəydim, özümə qarşı dürüst olmazdım. Hər şey əla alındı. 
Azərbaycanda ən yaxşı futbolçular Polşa Liqası ilə müqayisədə daha yaxşı qazanırlar. Ancaq mən "Legia"dakından daha az maaş alıram".

Jezniçak bəzi polşalı futbolçular kimi qərbə deyil, şərqə üz tutmasından peşman olmadığını qeyd edib: "Qarabağ" Azərbaycan klub tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlməyi bacardı. Çox cazibədar görünürdü. "Çelsi", "Atletiko" və "Roma" ilə qarşılaşdıq. Cəmi 2 xal toplamağımıza baxmayaraq, çıxışımızı müsbət xatırlayırıq. Kimlərlə qarşılaşdığımızı düşünsək, ümumi nəticə pis deyil. "Atletiko" ilə iki dəfə qarşılaşdıq və cəmi 1 qol buraxdıq. "Arsenal"a qarşı nəticələr daha pis idi, ancaq onlara qarşı da “döyüşdük”.

Jezniçak müsəlman ölkəsi olan Azərbaycanda mədəniyyət baxımından hər hansı problemlə özləşmədiyini də əlavə edib: “Müsəlman ölkəsi olduğu doğrudur, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, düşünürdük ki, orda qadınlar üzlərini bağlayırlar. Ancaq sakinlərin belə radikal olmadığını gördük. Gündəlik yaşayış tərzində hər hansı bir problem yoxdur.

Yerli sakinlər Azərbaycan dilindən başqa rus dilinə də üstünlük verirlər. Ancaq komandanın çoxu ingilis dilindən istifadə edir. Onlarla mənə daha asan olur. Rus dilində 90 faiz başa düşürəm". 

Jezniçak "Sabiq klubunuz "Legia"ya qayıtmaq istərdinizmi" sualını belə cavablandırıb: "Təklif gəlsə, düşünərəm. "Qarabağ"la mövsümün sonuna qədər müqaviləm var. Yeni müqavilə təklifi olub-olmayacağını və ya başqa komandanın mənimlə maraqlanıb-maraqlanmayacağını görəcəyik. Futbolçu həyatı tez dəyişir. "Legia" hələ də mənim ürəyimdədir və onları dəstəkləməkdə davam edəcəm. Ümid edirəm ki, "Legia" rəqiblərini qabaqlayaraq, yenidən Polşa çempionu olacaqlar". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail