Valverde: “Liverpul” bizimlə müqayisədə daha yorğun ola bilər"

30.04.2019 | 5223 dəfə oxunub

“Bilirik ki, “Liverpul” Premyer Liqada “Mançester Siti” ilə çempionluq mübarizəsi aparır. Rəqibimiz çox möhkəm komandadır. Əla hücumçulara malikdir. Sürətli pressinq edirlər”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında sabah “Liverpul”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirib: "Klopp “Borussiya”dakı uğurunu davam etdirir. Bu mövsüm Premyer Liqada cəmi bir oyunda uduzublar. Bu da onların əsl gücünü göstərir. 

Çempionluğumuzu təmin etməyimiz rəqibə nisbətən üstünlüyümüzdür. “Liverpul” bizimlə müqayisədə daha yorğun ola bilər. Ancaq Çempionlar Liqasının yarımfinalında yorğunluq əhəmiyyətli deyil.

Baş məşqçi komandanın lideri, kapitan Lionel Messi haqda da danışıb: "Messi özünü yaxşı hiss edir. Bu ay digərləri ilə müqayisədə ona daha çox istirahət verdik".
 
Valverde "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "Nou Kamp" haqda "Bu arena futbol məbədi deyil, adi stadiondur" deməsinə də münasibət bildirib: "Son vaxtlar azarkeşlərimiz “Nou Kamp”da həlledici rol oynayırlar. Elə oyunlarımız olub ki, bizi 90 mindən çox azarkeş dəstəkləyib. Bizə onların dəstəyi lazımdır və rəqibimiz də bunu anlamalıdır. Məncə, Klopp sadəcə stadion amilini çox şişirtmək lazım olmadığını demək istəyib. Bu, sadəcə bir futbol oyunudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail