Səlahət Ağayev: "Ölkə xaricindən 1-2 təklif almışdım ki, mənə daha maraqlı gəldi"

01.06.2019 | 5555 dəfə oxunub

"İki ildir "Neftçi"nin şərəfini qoruyuram. Bu, futbolçu karyerası üçün böyük bir vaxtdır. "Neftçi" artıq mənim üçün doğmalaşıb".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Səlahət Ağayevin klub televiziyasına açıqlamasında deyib. Bu gün "ağ-qaralar"la yeni 2 illik müqavilə imzalayan qolkiper əvvəlcə geridə qalan mövsümdəki çıxışını dəyərləndirib:

"Hər bir oyuna final matçı kimi çıxmışam, canımı qoymuşam. "Neftçi" üçün əlimdən gələni etmişəm. Ola bilər, son oyunlarda səhvlər olsun. Bundan heç kim sığortalanmayıb. Çempion ola bilərdik, son 3-4 turda liderliyi əldən verdik. Bu da futbolda olan bir şeydir".

Azarkeşlərlə aralarında olan problemə toxunan Ağayev onların dəstəyinə ehtiyac duyduqlarını bildirib: "Azarkeşləri başa düşürəm. Çox məyusdurlar. Ancaq biz də onların keçirdiyi hissləri yaşayırıq. Bəzən aramızda xoşagəlməz hadisələr yaşanır. İndi onların dəstəyi bizə çox lazımdır".

Bir neçə təklif aldığını və karyerasını ölkə xaricində davam etdirmək istədiyini söyləyən Ağayev sonda "Neftçi"də qalmağa üstünlük verib: "Bəzi təkliflərim var idi. Xüsusilə də, ölkə xaricindən 1-2 təklif almışdım ki, mənə daha maraqlı gəldi. Legioner həyatı yaşamaq istəyirdim. Menecerlər vasitəsilə danışıqlar oldu. Ancaq müqaviləm bitdikdən sonra öncə "Neftçi" rəhbərliyi ilə görüşdüm. Söhbətdən sonra doğma komandamda qalmağa qərar verdim. Buna görə şadam. Daha iki il "Neftçi"də çıxış edəcəyəm. İnanıram ki, yeni müqavilə həm mənim, həm rəhbərlik, həm də azarkeşlər üçün uğurlu olacaq. Çox istərdim ki, yeni mövsümdə yeni hədəflər üçün döyüşə birlikdə çıxaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail