"Qəbələ"dən daha bir gediş

03.06.2019 | 312 dəfə oxunub

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi Elvin Camalov növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu əsas komandada 2013/14 mövsümündə debüt edib. “Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb. Camalov “Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Yarımmüdafiəçi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə - 2013/14, 2016/17 və 2017/18 finalçı olub.

“Qəbələ” İdman Klubu Elvin Camalova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

12:38  Argentina - Kolumbiya 0:2 VİDEO

00:57  Braziliya - Boliviya 3:0 VİDEO

15.06.2019

14.06.2019

13.06.2019

12.06.2019

02:16  Andorra - Fransa - 0:4 VİDEO

02:13  Macarıstan - Uels - 1:0 VİDEO

02:06  Almaniya - Estoniya - 8:0 VİDEO

11.06.2019

21:46  Millimiz darmadağın oldu - YENİLƏNİB

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi