Şenol Günəş: "İslandların beyinləri kiçilib" VİDEO

11.06.2019 | 1839 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə oyun öncəsi Reykyavikdə hava limanında iki saatdan çox pasport yoxlanışında gözləmələrinə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"İslandiya Avropa və dünya çempionatında rəğbət qazandı. Hər millətin olduğu kimi onların da böyük hekayələri var. Mən 43 il əvvəl - 1976-cı ildə bura gəlmişdim. Meydan eyni ola bilər, amma şəhər çox dəyişib, böyüyüb, ancaq görünən odur ki, beyinlər kiçilib. Çox gözəl ölkə idi, havası təmiz, soyuq idi, amma insanları istiqanlı və səmimi idi. İslandiya ağlımda həmişə yaxşı izlər buraxmışdı, ancaq indi elə deyil. Bir çox islandiyalı oyunçu Türkiyədə oynayır, biz nə istəyirik? İki məmurun etdiyi tərbiyəsizliyimi, danışacağıq? 53 ildir futbolun içindəyəm. Bu dediyimiz gömrük deyil. Məmur pasportumu alıb, mənə yelləyir. Kremləri, ətirləri ,telefonları yoxlayır. Burada insani dəyərlərin yüksək olduğunu düşünürdük, kiçiltdinizmi bunu? Biz böyük ölkəyik, kiçik işlərlə məşğul ola bilmərik.  Bu söhbəti bağlayıram".

Şenol Günəşin mətbuat konfransında səsləndirdiyi fikirlərinin videosu:



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ