"Qarabağ" “Ştutqart”ın müdafiəçisinin transferini rəsmiləşdirdi

04.07.2019 | 830 dəfə oxunub

"Qarabağ" Almaniyanın “Ştutqart” klubunun müdafiəçisi Ailton Silvanı transfer edib. Stadium.Az xəbər verir ki, ötən gün “Qarabağ”ın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu 2019-2020 mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi, daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

“Qarabağ” bir neçə gün əvvəl ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib. Ağdam klubu bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Çox möhtəşəm bir kluba gəlmişəm" - "Qarabağ"ın yeni transferi
Son xəbərlər

22.07.2019

09:52  "Bavariya" - "Real" 3:1 VİDEO

21.07.2019

20.07.2019

19.07.2019

18.07.2019

19:47  "Neftçi" - "Sperantsa" - HEYƏTLƏR

18:50  "Universitatya" - "Səbail" - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi