Medel: "Messinin fikirləri ilə razıyam, heç sarı vərəqəyə də layiq deyildik"

07.07.2019 | 1371 dəfə oxunub

Çili millisinin yarımümdafiəçisi Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı insidentdən danışıb.

Stadium.Az xəbər verir ki, o, “gola.com”a açıqlamasında  Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə  meydandan qovulmalarınının düzgün qərar olmadığını bildirib:

“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə bilərdi”.

Argentinanın qalib gəldiyi oyunun (2:1) 37-ci dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib və hər iki oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi