"Qarabağ" qrup mərhələsində - YENİLƏNİB

29.08.2019 | 1036 dəfə oxunub

"Qarabağ" bu gün Avrokubokda növbəti oyununa çıxacaq. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu "Linfild"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

İlk matçı cəza səbəbindən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdırlar. 

"Qarabağ" səfərdə vurulan 2 qol sayəsində 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Bu baş verərsə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 6-cı dəfə Avrokubokda qrup mərhələsinə vəsiqə qazanmış olacaq. “Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.

Onu da qeyd edək ki, bu oyun Qurban Qurbanovun Avrokuboklarda 100-cü matçıdır.


Avropa Liqası, 29 avqust

Pley-off mərhələsi, cavab oyunu

“Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya) 2-1

Qollar: Xayme Romero 6, Abdullah Zubir 88 - Şeyn Leyveri 90+3

Baş hakim: Sergey İvanov

20:00. Bakı, Tofiq Bəhramov adına Respublika stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi