Qurban Qurbanov: "Məncə, əlavə şərhə ehtiyac yoxdur"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Sevilya” ilə keçirilən oyundan (0:3) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
İstəməzdik məğlub olaq. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik. “Sevilya” çox dinamik komandadır, topla sürətli davranır. Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə, azarkeşlərimizə də bu cür dəstəyə görə təşəkkür edirəm.
- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
- Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdur. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq.
- İki ölkə futbolu arasındakı böyük fərq oyunda hiss olundumu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, necə güclü çempionatdan gəldiklərini göstərir.
- Xayme Romeronu niyə əvəzlədiniz?
- “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Kintananı meydana buraxdıq.
- Araz Abdullayevi hücumun mərkəzinə buraxanda, hücumçu problemini hiss etdinizmi? Və Miçeldən razı qaldınızmı?
- Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidir. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |