Slavik Alxasov: "O, çatmayanda əli ilə məni vururdu" - MÜSAHİBƏ

09.11.2019 | 233 dəfə oxunub

"Keşlə"nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.  Stadium.Az xəbər verir ki, o, nəticənin gözlənilməz olmadığını bildirib:

- Gözlənilməz olmadı. Oyuna yaxşı köklənmişdik. "Neftçi"nin necə komanda olduğunu bilirdik. Onların həm səviyyəli legionerləri, həm də yaxşı  yerli futbolçuları var. Emin Mahmudovdan tutmuş, Rəhman Hacıyevə kimi, hamısı səviyyəli oyunçulardır. Bilirdik ki, çətin oyun olacaq.  Həftəboyu Tərlan müəllim bizi bu görüşə çox yaxşı kökləmişdi. Kim  çox istədi, o da qalib gəldi.

- Fasiləyə məğlub yollanmışdınız. Fasilədə nə dəyişdi? Tərlan Əhmədov göstəriş verdi, yoxsa özünüzdə inam yarandı?

- Birinci hissəyə pis başlamamışdıq. Çoxsaylı qol epizodlarımız oldu. Onlardan yararlana bilmədik. İlk hissənin sonuna az qalmış standart vəziyyətdən qol buraxdıq. Bilirdik ki, onların standart vəziyyətlərdən yaxşı istifadə edən, başla yaxşı zərbələr endirən futbolçuları var. İlk hissıni məğlub başa vurduq. Fasilədə Tərlan müəllim bizi ruhlandırdı. Həm də biz özümüzə inanırdıq ki, ikinci hissədə çıxıb, onları udacağıq. Biz orada yığışıb, dedik ki, birinci 45 dəqiqəni uduzmuşuq, amma ikinci hissədə qalib gələcəyik.

- Həm oyunun gedişində, həm də matçdan sonra Dabo ilə mübahisəniz oldu. Orada nə baş vermişdi? Deyəsən, sizi söhbəti aydınlaşdırmaq üçün çölə çağırırdı.

-  Xeyr. O kimdir ki, məni söhbətə çağırsın. Standart vəziyyətlərdə mən Dabo ilə oynamalı idim. O, çatmayanda əli ilə məni vururdu. Birinci dəfə heç nə demədim. İkinci dəfə əsəbləşdim. Hakimə bildirdim. Bu, qırmızı vərəqəlik vəziyyət idi. O, ingiliscə söyüş söydü. Mən də hirsləndim.

- Düşünmürsünüz ki, hesab 2:1 olanda "Neftçi" futbolçuları sizə qarşı daha da aqressivləşirdi. Hətta, məşqçilər arasında da mübahisə yaşanırdı. Belə görünür ki, sizin qələbəniz "Neftçi"nin futbolçularını  qıcıqlandırırdı.

- Onlar məğlub durumda idilər. Artıq müdafiəçiləri belə hücumda oynayırdılar.  Amma biz kollektiv şəkildə mübarizə apardıq. Qol buraxmadıq.

- Turnir cədvəlində ikinci pilləyə yüksəldiniz. Bu, qalıcı olacaq?  İddianızı ortaya qoydunuzmu?

- Komanda yığılanda bizə deyilib ki, sona kimi ilk 3-lükdə olaq. Şükürlər olsun ki, ikinci pillədəyik. Belə davam etmək istəyirik.

- Milli komandaya dəvət olunmursunuz. Yəqin ki, özünüzü hazır hiss edirsiniz. Hər matçda  oynayırsınız. Sizcə, dəvət olunmamağınızın səbəbi nədir?

-  Yəqin, o məşqçilər elə bilirlər ki, mən tam hazır deyiləm. Mən özümü hazır hiss edirəm. Milli komandaya kömək etmək bizim borcumuzdur. Hər bir məşqçinin öz baxışı var. Çağırsa da, sağ olsun, çağırmasa da, sağ olsun. Biz sonadək milli komandamıza dəstək olacağıq. İnşallah növbəti toplanışlarda dəvət olunarıq. Amma mən hazıram, heç kimdən zəif deyiləm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.11.2019

11.11.2019

10.11.2019

18:24  “Qarabağ” – “Zirə” - HEYƏTLƏR

15:46  “Sabah” – “Sumqayıt” - HEYƏTLƏR

11:58  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:49  "Barselona" - "Selta" 4:1 VİDEO

00:25  "Brest" - PSJ - 1:2 VİDEO

00:12  "İnter" - "Verona" - 2:1 VİDEO

09.11.2019

23:43  "Eybar" - "Real" - 0:4 VİDEO

16:25  “Keşlə” – “Neftçi” - HEYƏTLƏR

14:26  “Qəbələ” – “Səbail” - HEYƏTLƏR

13:06  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.11.2019

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə