Quardiola: "Komandamla qürur duyuram"

12.11.2019 | 5330 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda Liverpool-a 1:3 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:

“Bu gün oynadığımız oyunla Premyer Liqada niyə çempion olduğumuzu göstərdik. Komandamla qürur duyuram. Avropanın ən güclü komandasına qarşı göstərdiyimiz oyuna görə qürurluyam. Bu gün ardıcıl iki mövsüm çempion olmuş komanda kimi oynadıq. "Liverpul"un nə qədər yaxşı komanda olduğunu inkar edə bilmərik. Hər zaman mübarizə aparacağıq, öz istəyimizdən imtina etməyəcəyik. Ardıcıl çempionluqlar qazanmağımızın da səbəbi budur. Hazırda qarşımızda çempionluq şansı daha yüksək olan üç komanda var, amma mübarizə aparacağıq. Sehrbaz deyiləm, gələcəyi görə bilmərəm. Bundan sonra qarşıdakı "Çelsi" ilə oyuna hazırlaşacağıq”.

48 yaşlı mütəxəssis, oyundakı hakim qərarları, verilməyən penalti epizodu ilə bağlı bunları deyib:

“O epizodları hakimlərdən soruşmalısız, məndən yox. Baş hakimdən və VAR hakimlərindən soruşmaq lazımdır. Mən göstərdiyimiz yaxşı oyunla bağlı danışacam”.

Premyer Liqada 12 turdan sonra xallarının sayını 34-ə çatdıran Liverpool turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və "Maçhester Siti"ni 9 xal qabaqlayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail