Biliç: "Türkiyə futbol ictimaiyyətinin ən böyük səhvi çox tez göylə getməkdir"

07.12.2019 | 1731 dəfə oxunub

"Türkiyə yığmasının seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi". Stadium.Az xəbər verir ki, bu sözləri "Vest Bromviç"in baş məşqçisi Slaven Biliç “Fanatik”ə açıqlamasında deyib.

Türkiyə millisinin Avro-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirən "Beşiktaş"ın sabiq çalışdırıcısı Şenol Güneşin yaxşı komanda formalaşdırdığını bildirib:

"Türkiyənin hazırda Avropa çempionatını səbirsizliklə gözlədiyini bilirəm. Komanda seçmə mərhələdəki səviyyəsini indi daha da yüksəltməlidir. Avro-1996-da futbolçu kimi Türkiyəyə qarşı oynamışam. Həmin vaxtdan bəri ilk dəfə gənc Türkiyə yığmasını görürəm. Məsələn, mərkəz müdafiəçilərinin biri "Yuventus"da, biri "Lester"də, biri "Şalke"də oynayır. Çağlar İngiltərədə oynadığı üçün onu daha çox izləmək imkanım olur. Əla iş görən Şenol Günəş üçün seçim etmək çətin olacaq. Çünki əlində yüksək səviyyəli heyət var".

Xorvatiyalı mütəxəssis “ay-ulduzlular”ın qrupdan çıxmaq şansını yüksək qiymətləndirməklə yanaşı türklərdə yersiz arxayınlaşma olduğunu da əlavə edib:

"Təcrübəli futbolçularla gənclərdən ibarət əla bir komandanız var. Ancaq təvazökar olmaq, ayaqları yerə sağlam basmaq və yalnız oyunlara köklənmək önəmlidir. Çox çalışmaq və taktiki intizam vacibdir. Avro-2016-dakı oyundan dərs çıxarılmalıdır. Fransanı tarixində ilk dəfə məğlub edə bilərsiniz. Ancaq "İtaliyadan güclüyük" demək böyük səhv olar. Əlbəttə, Türkiyə İtaliyadan qorxmayacaq. Ancaq Türkiyə futbol ictimaiyyətinin ən böyük səhvi çox tez göylə getməkdir. A qrupu istənilən sürprizə açıqdır. Amma Türkiyənin növbəti mərhələ şansı çoxdur. Digər komandalardan isə İsveçrə önəmli oyunçulara malik kollektivdir. Uelsin Beyl başda olmaqla keyfiyyətli oyunçuları var. Bu səbəbdən düzgün köklənmək lazımdır".

Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.08.2020

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə