Ayxan Abbasov: "Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik"

17.12.2019 | 1543 dəfə oxunub

“Kubok matçı iki oyundan ibarətdir. “Neftçi"nin heyəti bəllidir, genişdir. Sevindirən odur ki, futbolçularım meydanda tapşırıqları düzgün yerinə yetirdi, sona qədər döyüşdülər. Biz də qol vura bilərdik, rəqib də. Vuruşmağa söz vermişik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbol səhvlərin üzərində qurulub. Tək Elvin Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. "Zirə" ilə 2:2 hesablı oyundan sonra Peyman Babayini "xalq düşməni" elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi. "Neftçi" güclü rəqibdir. Yaxşı futbolçulardan ibarət heyəti var. Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik. Ümumilikdə, şansları bərabər hesab edirəm. "Qarabağ"a da ilk məğlubiyyəti biz yaşatdıq. Belə oyunların futbolçuların inkişafında rolu böyükdür. Çalışıram ki, futbolçuları belə oyunlara maksimum kökləyim, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, daha bir neçə epizod da yaratdıq" - deyə o bildirib.

Abbasovun sözlərinə görə, bu heyətin potensialı var: "İnanıram ki, gələcəkdə daha yaxşı yerlərdə olacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ