"Qəbələ"nin prezidenti: "Klublar AFFA-dan pul almamalıdırlar"

19.12.2019 | 1479 dəfə oxunub

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov əyalət təmsilçisinin yeni sponsoru "Jalə" Şirələri ilə əməkdaşlıq müqaviləsi imzaladıqları mərasimdə bəzi məsələlərə münasibət bildirib.

Klub rəhbərinin sözlərinə görə, əlavə sponsorların cəlb edilməsi üçün axtarışlar davam edir:

"Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Deyilənlərdə də müəyyən həqiqətlər vardı. Klubun təsisçisi "Gilan Holdinq"dir. Bizə şifahi şəkildə bildirmişdilər ki, büdcə azaldılacaq. Ona görə də sponsor axtarırdıq və hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq.

Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq.

Klublar və İcraiyyə Komitəsi AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdır. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstəyir Müşahidə Şurası olsun, istərsə də prezident strukturu - klublar müstəqil olmalıdır, AFFA-dan pul almamalıdırlar. Elxan Məmmədovun da dediyi kimi, iş adamları cəlb edilməlidir. Onlara da sponsorluğa görə müəyyən güzəştlər edilməlidir.

Məqsədimiz yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Juniçlə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq”.

Klub prezidenti "Gilan Holdinq"in "Qəbələ"nin təsisçisi kimi qalacağını vurğulayıb. "Jalə"nin Marketin direktoru Amid Səfərov əməkdaşlıqdan məmnun olduqlarını bildirib. O, hər iki brendin Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını bildirib.

1,5 illik sözləşməyə əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ