"Barselona"da aləm qarışdı: Məşqçi futbolçuları təhqir etdi

06.03.2020 | 5074 dəfə oxunub

“Barselona”da heyət daxilində aləm qarışıb. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Kike Setyenin köməkçisi Eder Serabiya ilə futbolçular arasında gərgin anlar yaşanıb.

Ederin oyunçuları uyğunsuz hərəkət və ifadələrlə təhqir etdiyi bildirilir. Serabiya “Real”la “El-Klassiko”dan sonra bir neçə futbolçunu təhqir edib. Eder matçın gedişatında texniki zonadan qışqırmaqla “Barselona”nın hücumçusu Antuan Qrizamanın anasına söyüb. Bu isə efirə düşüb.

O, həmçinin oyunundan razı qalmadığı Jerar Pikeni, Ter Ştegeni, Arturu, Nelson Samedonu, eləcə də “Real”ın hücumçusu Benzemanın ünvanına təhqiramız ifadələr işlədib. Setyen özü də əsəbi reaksiyalar verib. Amma köməkçisi kimi təhqir səsləndirməyib.

Həmin matçdan sonra kapitan Lionel Messinin Ederə etiraz etdiyi bildirib. O da qeyd edilir ki, bu oyuna qədər yeni məşqçilərlə futbolçular arasında heç bir problem olmayıb.

“Marca” qəzetinin bu gün yazdığına görə, Setyen jurnalistlərə açıqlamasında köməkçisinin hərəkəti səbəbindən bütün məqçilər heyətin adından üzr istəyib:

“Əlbəttə, biz onunla danışmışıq. Bu məsələni həll etməyə çalışırıq. Eder bunun üzərində işləyir. Mən də daxil olmaqla məşqçilərimiz baş verənlərə görə üzrxahlıq edib. Bütün hallarda bu, mənim səhvimdir. Gərək hər şeyi nəzarətdə saxlayım. Bu məsələ mənə çox təsir göstərib və  narahat edib. Biz məşqçiləri pis oyuna, doğru olmayan əvəzetməyə görə tənqid etmək olar. Amma etik davranışa görə... Eder emosional oğlandır. Bu, yaxşı haldır. Amma o, özünü aparmaq qaydasını öyrənməlidir. Çünki belə hallar daha əvvəl də baş verib. Texniki zonada biz klubu təmsil edirik və hərəkətlərimiz də yaxşı olmalıdır”.

Son aylar “Barselona” daxilindəki ilk problem deyil. Daha əvvəl Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında problem yaranmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail