İngiltərə nəhəngləri “Mançester Siti”nin Çempionlar Liqasına qatılmasını istəmir

25.03.2020 | 1156 dəfə oxunub

İngiltərə Premyer Liqasının 8 klubu UEFA tərəfindən cəzalandırılan “Mançester Siti”nin növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsini istəmir.

Stadium.Az “Daily Mail”ə istinadən xəbər verir ki, klublar “şəhərlilər”in ÇL-in püşkatmasına qatılmaması üçün bir hüquq şirkəti vasitəsilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər. Bu 8 klub arasında “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal”ın da olduğu bildirilir.

UEFA 2012-16-cı illərdə maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsümdə avrokuboklara buraxmamaq haqda qərar verib. Klub isə cəzanın ləğvi üçün CAS-a müraciət edib. Sözügedən 8 klub isə cəzanın ləğvinin qəti əleyhinədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə