Faiq Qarayevdən Mübariz Mənsimov

27.03.2020 | 318 dəfə oxunub

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə danışıb.

Stadium.Az xəbər verir ki, Faiq Qarayevin fikirləri Azərbaycan Voleybol Federasiyasının Feysbukdakı rəsmi səhifəsində yayılıb.

 Təcrübəli mütəxəssis bildirib ki, uşaqlığından tanıdığı Mübariz haqqında saatlarla danışa bilər: “Buna baxmayaraq, fikrimi qısa şəkildə çatdıracam. Onunla bağlı çox gözəl xatirələrim var. Mübariz orta məktəbdə qardaşım Fazillə bir sinifdə oxuyub, elə o illərdən bizim ailəmiz onu çox yaxşı tanıyır. O, mərd, ölkəsini sevən insandır. Fəxrlə deyə bilərəm ki, Mübarizin Azərbaycana olan sevgisi idmanımızdan da yan keçməyib. O, voleybolçularımıza da hər zaman lazımı dəstəyi göstərib. Qonşu ölkədə çalışan iş adamı barədə çıxarılan qərardan təəssüf hissi keçiririk”.

Faiq Qarayev özü, qardaşı, ailəsi və voleybol camiəsinin həmişə ona dəstək olduğunu və bundan sonra olacağını da sözlərinə əlavə edib: “Arzulayırıq ki, hər şey uğurla yekunlaşsın”.

Картинки по запросу "faiq qarayev"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ