Rauf Əliyev: "Rəhbərlik nə məsləhət bilsə, onu da edəcəyəm"

13.04.2020 | 666 dəfə oxunub

"Demək olar ki, bütün günü evdəyəm. Arada ərzaq üçün çölə çıxıram". Stadium.Az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Rauf Əliyev deyib.

31 yaşlı hücumçu hazırkı durumun onun üçün darıxdırıcı olduğunu bildirib: "Evdə çox qalmaq çətindir, amma qaydalara riayət etmək lazımdır. Mən də digərləri kimi virusdan qorunmaq üçün nə lazımdırsa, edirəm".

Əliyev çempionatın ləğvi və belə olacağı təqdirdə avrokuboklara vəsiqənin necə müəyyənləşdirilməsi barədə də fikirlərini bölüşüb: "Premyer Liqanın davam etməsini istəyirik, amma indiki vəziyyətdə hər şeyin ne olacağını heç birimiz bilmirik. Çempionat ləğv olunarsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə, məncə, doğru deyil".

Forvard koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmaq ehtimalına da münasibət bildirib: "Necə məsləhət görəcəklərsə, elə də edəcəyik. Maaşın azaldılması mənim üçün problem deyil. Rəhbərlik nə məsləhət bilsə, onu da edəcəyəm".

Mövsümün sonunda klubla müqaviləsi başa çatan Əliyev bildirib ki, "Səbail"də hər şey onun üçün yaxşıdır: "Qismət olarsa, karyerama burada davam etmək istəyirəm".

Rauf Əliyev bu ilin əvvəlində qış transfer dönəmində "Neftçi"dən "Səbail"ə keçib. Azərbaycan Premyer Liqası koronavirus pandemiyasına görə dayandırılıb. "Səbail" 20 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ