"Zirə"nin legioneri: "Ərzaq lazım olanda qoruyucu paltarımı geyinib, alış-verişə gedirəm"

16.04.2020 | 562 dəfə oxunub

"Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a  Azərbaycanda koronavirusla bağlı karantin vəziyyətində etdiklərindən danışıb. Stadium.Az xəbər verir ki, o bunları deyib:

"Bütün günü evdə oyun oynayır, filmlərə baxır, musiqiyə qulaq asıram və sosial mediada dostlarımla və ailəmlə danışıram. Müasir texnologiyanın sayəsində onlarla görüntülü əlaqə saxlaya bilirəm. Bu isə ailəmi mənim təhlükədə olmadığıma ümidləndirir.

Hələ də Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil. Mənim işim futboldur. Oyunlar olmayanda sanki canımdan can çıxır. Ötən ayın ortalarında ölkədə futbol dayandı. İndi hərəkət məhdudiyyəti, 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandıracaqlarını təsəvvür edirəm. Bunun nə qədər davam edəcəyi bilmirik. Amma qorxunc vəziyyətdir.

Evdə dörd divar arasında qalmışam. Təkcə alış-verişə gedəndən evdən çıxıram. Xoşbəxtlikdən binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu paltarımı geyinib, alış-verişə gedirəm.

Birbaşa reys olmadığı üçün risk edə bilmədim. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalıydım. Özümü təhüləkəyə ata bilməzdim. Bunun əvəzinə mənzilimdə izolyasiya etməyə və burada təhlükəsiz qalmağa qərar verdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ