AFFA çempionatları erkən bitirdi

22.05.2020 | 484 dəfə oxunub

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə yarışlarda və Regionlar Liqasında mövsüm erkən başa çatdırılıb.

Stadium.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytının yaydığı açıqlamada bildirilir.  Məlumata görə, İcraiyyə Komitəsinni qərarına əsasən, koronavirus  pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Qeyd edilir ki, xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
 
Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunub.

Qalib komandalar bunlar elan edilib:

U-17 liqası - "Sabah"
U-16 liqası - "Qəbələ"
U-15 liqası - "Qəbələ"

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Premyer Liqası və Birinci Diviziona gəlincə, bunumla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.
 
AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə isə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılıcaq.
 
Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunmalıdır. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.07.2020

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə