AFFA Roy Kinə bu qədər təklif edib

04.07.2020 | 3554 dəfə oxunub

İrlandiyalı məşqçi Roy Kin AFFA ilə danışıqları davam etdirir. Stadium.Az xəbər verir ki, bu haqda "independent.ie" saytında çıxan yazıda bildirilib.

Qeyd edilib ki, millimizin baş məşqçisi vəzifəsinə namizədlərdən olan Kinə təyinatı gerçəkləşəcəyi halda Azərbaycanda daimi yaşaması əsas şərtlərdən biri kimi irəli sürülüb. Bu məsələdə isə 48 yaşlı mütəxəssisin tərəddüd etdiyi bildirilir.

İddia edilib ki, Azərbaycan tərəfi Roy Kinə ilinə 650 min avro təklif edib.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Roy Kinin federasiyasının namizədləri sırasında olduğunu təsdiqləyib: “Məşqçi müəyyən kriteriyalara cavab verməlidir. Birinci, o, təklif olunan işdə işləməyə və həmin ölkədə yaşamağa hazır olmalıdır. O, bütünlükdə Azərbaycan futbolunun və millinin inkişafında iştirak etməlidir. Biz Roy Kini futbolçu kimi tanıyırıq. Onun barəsində Azərbaycan millisinin baş məşqçisi kimi danışmaq isə tez olardı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə