"Molde" Bakıya gəlmək istəmir: "Qarabağ" rədd cavabı verir

01.09.2020 | 5740 dəfə oxunub

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Norveçin “Molde” klubu Ağdam təmsilçisinə müraciət ünvanlayıb.

Stadium.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisi qarşı tərəfin müraciətinin nədən ibarət olması haqda danışıb:

"Molde" Bakıya gəlmək istəmir. Səbəb də budur ki, Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınırsan. Norveç tərəfi bizə neytral meydanda oynamağı təklif edir. Özlərinin seçdiyi 5-6 meydan var və bunu bizə bildirdilər. Norveç hökuməti də həmin yerlərə karantin tələbi qoymayıb. Təbii ki, biz də bununla razılaşmırıq.

Burada bərabərlik hüququ pozulduğu üçün razı deyilik. Azərbaycan dövlətinin matçın ən yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığını UEFA-ya bildirmişik və qurumdan cavab gözləyirik. Həm klub, həm də ölkə olaraq, təhlükəsizliyə təminat vermişik ki, Bakıda oynayaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail